Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib.
AZSTAND xəbər verir ki, bunlar, AZS 979:2025 (ГОСТ Р 71116-2023) "Qiymətli daşlar. Terminlər və təriflər", habelə AZS ISO 15096:2025 "Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu" yeni dövlət standartlarıdır.
Bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.
AZS 979:2025 (ГОСТ Р 71116-2023) "Qiymətli daşlar. Terminlər və təriflər" dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur.
AZS ISO 15096:2025 "Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu" dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir.
Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi