Naxçıvan şəhərində İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair aparılmış paralel auditin yekun hesabatlarının təqdimat mərasimi keçirilib.
Təqdimatda Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə həmçinin Milli Məclisin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və digər rəsmi şəxslər də yer alıblar.
Toplantı zamanı ali audit qurumları arasında həyata keçirilmiş paralel auditin nəticələri təqdim olunub, xüsusilə layihə çərçivəsində investisiya qoyuluşları üzrə əldə edilmiş nəticələr müzakirə edilib. Hesabatların əsas məqamları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, paralel audit Azərbaycan Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi arasında 2022-ci ildə imzalanaraq yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında ikitərəfli görüş də baş tutub. Görüş zamanı gələcək birgə fəaliyyət imkanları müzakirə olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi