Bu ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 22,3 milyon ABŞ dolları və ya 16,5% çoxdur.
Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 50,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə İran İslam Respublikasından Azərbaycana 248,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon ABŞ dolları və ya 15,7% artım deməkdir.
2024-cü il ərzində isə iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 647,1 milyon ABŞ dolları həcmində olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.
Ötən il İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,36%-i həcmində olub.
Belə ki, ötən il Azərbaycandan İran İslam Respublikasına 14 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 299 min ABŞ dolları və ya 2,1% azdır.
Eyni zamanda, 2024-cü ildə İran İslam Respublikasından Azərbaycana 633,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artım deməkdir.
Beləliklə, son illərin statistik göstəricisindən də göründüyü kimi, iki ölkənin ticarət dövriyyəsi yüksələn xətlə inkişaf etməkdədir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi