Aprelin 8-dən 11-dək Rumıniyanın Buxarest şəhərində keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti iştirak edir.
Tədbir Rumıniya hökuməti, Deputatlar Palatası və “ICI Buxarest” tərəfindən təşkil olunub.
Sammitdə rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və kiberdiplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunur. Açılış mərasimində çıxış edən XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov rəqəmsal innovasiyaların yaratdığı imkanlar və kiberrisklər, eləcə də beynəlxalq tərəfdaşlığın və strateji yanaşmaların əhəmiyyətindən bəhs edib. O, həmçinin XRİTDX ilə “ICI Buxarest” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanda keçirilmiş beynəlxalq kiberdiplomatiya konfransı və təşkil olunmuş təlimlər barədə məlumat verib.
Sammit çərçivəsində XRİTDX-nin idarə rəisi Tural Məmmədov enerji infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı panel müzakirədə çıxış edərək, rəqəmsallaşmanın yaratdığı çağırışlara və kiberdiplomatiyanın bu sahədə roluna diqqət çəkib. O qeyd edib ki, kiberdiplomatiya rəqəmsallaşan sistemlərdə texnoloji asılılıq, təchizat zənciri riskləri, kiberhücumlar və bu kimi digər təhdidlərin aradan qaldırılmasında, sabitliyin təmin edilməsində mediator kimi mühüm rol oynaya bilər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi