Cənub Qaz Dəhlizi region ölkələrinin yalnız enerji təhlükəsizliyinin təmin olunmasında deyil, ümumi iqtisadi inkişafa da mühüm təkan verəcək. Bosniya və Herseqovinanın qaz ehtiyatları yoxdur və biz tamamilə idxaldan asılıyıq. Cənub Qaz Dəhlizi ölkələri ilə yaxından əməkdaşlıq etməyə və birgə enerji layihələrini həyata keçirməyə hazırıq.
Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O bildirib ki, Bosniya və Herseqovina təbii qaz təchizatı mənbələrini şaxələndirməyə çalışır.
“Bu baxımdan ölkəmiz öz infrastrukturunu yeniləyir. Həyata keçirilən layihələr arasında Serbiya və Xorvatiya ilə yeni “Şərq” və “Cənub” interkonnektorlarının tikintisi layihəsini qeyd etmək lazımdır. Bu layihələrin reallaşması ilə biz enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atmış olacağıq. Biz, eyni zamanda, İon-Adriatik Boru Kəmərinin monitorinqini də aparırıq. Bu, çox mühüm enerji infrastruktur layihəsidir. İon-Adriatik Boru Kəmərinin Trans-Adriatik və Trans-Anadolu boru kəmərlərinə birləşdirilməsi region ölkələrinin qazlaşdırılması üçün imkanlar yaradır və olduqca əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi Xəzər dənizində hasil olunan qazı Avropa bazarlarına çatdıracaq və bu, bütün ölkələr üçün əhəmiyyətli olacaq. Mən bu layihənin uğurlu olacağına inanıram”, - deyə nazir vurğulayıb.
Staşa Koşaraç əlavə edib ki, əsas prioritetləri elan edilmiş dekarbonizasiya proseslərini tətbiq etməklə enerji sabitliyi və təhlükəsizliyini təmin etməkdir: “Ölkədə təbii qaz üzrə daha çox interkonnektorların yaradılması, bu enerji mənbəyinin vətəndaşlar və biznes subyektləri üçün əlçatan edilməsinə sadiqliyimizi bir daha bəyan edirik”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi