Agentlikdən bildirilib ki, tədbirin COP29 və “SPECA Forum 2024”ə doğru: Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi” adlı panelində təqdimatla çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin ölkəmizdə istifadə edilməsi nəzərdə tutulan “yaşıl texnologiya”ların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.
Daha sonra Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin seçkisi keçirilib. Seçki nəticəsində Rəna Hümbətova komitənin vitse-sədri seçilib.
Seçkidən dərhal sonra “Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər” ilə bağlı sessiya keçirilib. Sessiyada yeni seçilmiş komitənin sədr və sədr müavinləri növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas hesab olunan istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparıb. Adıçəkilən sessiyada Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinə yeni seçilmiş vitse-sədri olaraq enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayaraq, yaşıl enerji dəhlizlər konsepsiyası və həmin konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi