Qeydiyyatdan keçən hüquqi şəxslərin sayı aşıqlandı
Tarix: 6-03-2020, 13:02
Google+ Paylaş
Tumblr Paylaş

Qeydiyyatdan keçən hüquqi şəxslərin sayı aşıqlandı

6-03-2020, 13:02

Bu il martın 1-dək Azərbaycanda 15 min 59 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən

verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ilk 2 ayda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 1,5 dəfə çox olub. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ