.
Avropa İttifaqı Statistika İdarəsi(Eurostat) xəbər verir ki, Aİ ölkələri arasında ötən il bu nəqliyyat vasitələrinin Azərbaycana ilk üç ixracatçısı Almaniya (125,3 milyon avro), Slovakiya (62,1 milyon avro) və İtaliya (25,9 milyon avro) olub.
Hesabat dövründə mühərrik həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan benzin nəqliyyat vasitələrinin Aİ ölkələrindən tədarükü pul ekvivalentində 65,7 faiz artaraq, 71,2 milyon avroya çatıb. Xüsusilə, Almaniyadan Azərbaycana bu nəqliyyat vasitələrinin ixrac həcmi 34,1 milyon avro (artım 2,2 dəfə), Slovakiyadan 20,1 milyon avro (artım 29,8 faiz), Çexiyadan 11,1 milyon avro (artım 23,4 faiz) təşkil edib.
Eyni zamanda, “plug-in” hibridləri istisna olmaqla, benzin-elektrik hibrid avtomobillərinin ixracı 2023-cü ildə pul ekvivalentində 65,7 faiz artaraq, 63,9 milyon avro təşkil edib. Eyni zamanda, Slovakiyadan Azərbaycana bu cür nəqliyyat vasitələrinin tədarükü hesabat dövründə 3,6 dəfə artaraq, 36,9 milyon avroya çatıb, Almaniyadan isə 22,6 faiz azalaraq, 20,9 milyon avroya düşüb.
Mühərrik həcmi 3000 kubsantimetrdən çox olan benzin nəqliyyat vasitələrinin ixracı keçən il 13,7 faiz artaraq, 37,4 milyon avro təşkil edib. Eyni zamanda, İtaliyadan 21,1 milyon avro, Almaniyadan isə 10,2 milyon avro məbləğində belə nəqliyyat vasitələri gətirilib.
2023-cü ildə Aİ ölkələrindən elektromobillərin tədarükü pul ekvivalentində 23,1 milyon avroya (artım 4,3 dəfə), o cümlədən Almaniyadan 20,6 milyon avroya (4,8 dəfə) qədər artıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi