Çox sevindirici haldır ki, artıq Azərbaycanda süni intellekt, informasiya texnologiyaları və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində milli məhsullar yaradılır
Tarix: 16-12-2023, 12:55
Google+ Paylaş
Tumblr Paylaş

Çox sevindirici haldır ki, artıq Azərbaycanda süni intellekt, informasiya texnologiyaları və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində milli məhsullar yaradılır

16-12-2023, 12:55

.

AZƏRTAC xəbər verir ki, bunu “MilliNet 2023” mükafatlandırma mərasimində çıxışı zamanı AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib.

Tədbirdə “İlin süni intellekt həlli” nominasiya üzrə mükafatın nəzərdə tutulduğunu da vurğulayan Rasim Əliquliyev deyib: “Azərbaycanda ilk dəfə süni intellekt məhsulu burada mükafata layiq görülür. Bizim ağıllı gənclər tərəfindən yaradılmış bu məhsullar doğurdanda sevindiricidir. Təhsil sahəsində də diqqət bu sahəyə yönəldilib. Elm də artıq üzünü süni intellekt tərəfə çevirib”.

“Azərbaycanda İKT sahəsində digər istiqamətlərdə - kibertəhlükəsizlik, provayder və proqramçıların da belə bir mükafatla təltif olunmasını təklif edirəm”, - deyə akademik vurğulayıb.

Daha sonra akademik Rasim Əliquliyev “MilliNet 2023” müsabiqəsində “İlin süni intellekt həlli” nominasiyasında qaliblərə mükafatı təqdim edib. Bu nominasiyada “Smart Demand Forecast” üçüncü yerə, “ex-smart.com” ikinci yerə, “Nexus Lab” həlli birinci yerə layiq görülüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ