.
Dövlət Vergi Xidməti xəbər verir ki, görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri qonağa agentliyin fəaliyyəti, strukturu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlar üzrə yerləşən avtomobil yollarının təmiri işlərinin uğurla həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, proqram üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz üzərinə düşən tədbirləri tam şəkildə yerinə yetirərək, cari ilin doqquz aylıq hesabatını nəzərə alaraq ümumilikdə 4564.1 kilometr yerli və respublika əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunub.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq ödənişli yol, o cümlədən Qarabağ və Şərqi Zəngəzur İqtisadi regionları ərazisində icra olunan yol infrastrukturu layihələrinin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilkin mərhələdə proqram üzrə işğaldan azad olunmuş ərazidə 2453.9 kilometr avtomobil yolunun bərpası və yenidən qurulmasının nəzərdə tutulduğu, bunun 185.5 kilometrində işlərin artıq başa çatdığı qonağa bildirilib.
Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin rəisi İlham Süleymanov, şöbənin baş mütəxəssisi Fərid Yusubov və agentliyin aparatının Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Rəşad Ələkbərov iştirak edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi