.
Maliyyə Nazirliyindən bildirilib ki, mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. “Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusunda keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutur.
Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 5 minə yaxın iştirakçının bir araya gəldiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti və inkişafının əsas istiqamətləri, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, post-pandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri və digər qlobal xarakterli məsələlər müzakirə edilir.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi