Keçən il iqtisadiyyatın nağd pula tәlәbatı tam hәcmdә, adekvat strukturda vә vaxtında ödәnilib, pul nişanları üzrә zәruri ehtiyatlar yaradılıb. Hesabat dövründə
.Mərkəzi Bankdan bildirilib ki, tədavüldə nağd pul kütləsi 19,6 faiz (2,4 milyard manat) artaraq, dövrün sonuna 14,7 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 15,7 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2025-ci ilin sonunadək tələbatının bəzi nominallar istisna olmaqla ümumilikdə ödənilməsi üçün yetərlidir.
Tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupunun fəaliyyəti təmin edilib, il ərzində 2,9 milyard manat (132,7 milyon ədəd) kağız və metal pul nişanları məhv olunub. Tədavülə buraxıldığı dövrdən 16,7 milyard manat (1,3 milyard ədəd) məbləğində yararsız pul nişanları məhv edilib və bu proseslər zamanı hər hansı kənarlaşma aşkarlanmayıb.
Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb, cari il ərzində milli valyutada 452 ədəd (36 min manat) saxta pul nişanı, xarici valyutada isə 193 ədəd saxtakarlıq əlamətləri müəyyənləşdirilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib.
İl ərzində əhalidən 7,6 milyon manat (165 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib, “səyyar kassa” xidməti vasitəsilə 1,6 milyon manat (7,9 milyon ədəd) metal pul nişanının iri ticarət müəssisələrinə çatdırılması təmin olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi