Tokio Yay Paralimpia Oyunlarında iştirak etməli olan Gürcüstan paralimpiyaçısı, “Rio-2016”nın qalibi, 34 yaşlı Zviad Qoqoçuri (90 kq) Yaponiya polisi tərəfindən saxlanılıb.
Forpost.az
Kyodo agentliyinə istinadla xəbər verir ki, Gürcüstan milli cüdo komandasının üzvü hotel işçisinə hücum etməkdə şübhəli bilinir. Bundan əvvəl adı açıqlanmayan gürcüstanlı paralimpiyaçının Tokioda hotelin təhlükəsizlik işçisini itələdiyi və nəticədə onun ağır yaralandığı bildirilmişdi. Xəbərdə bildirilir ki, hadisə ilə əlaqədar olaraq gürcü idmançının akkreditasiyası ləğv ediləcək, bundan sonra o, Yaponiyanı tərk etmək məcburiyyətində qalacaq.
Tokio Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
скачать dle 12.1