Güləşçilərimiz Polşada güc nümayiş etdirirlər
Tarix: 8-06-2021, 11:38
Google+ Paylaş
Tumblr Paylaş

Güləşçilərimiz Polşada güc nümayiş etdirirlər

8-06-2021, 11:38

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürür

.

Forpost.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.

Yarışın proqramına əsasən, iyunun 8-də H.Əliyev və Ş.Şərifov, ertəsi gün isə H.Hacıyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ