Dünya Karate Federasiyası Hakimlər komitəsinin sədri və Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə hakimlərimizə növbəti beynəlxalq seminar keçib.
Forpost.az
Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev seminarda H.Eskalanteyə assistentlik edib.
Seminarda çıxışı zamanı Bakıya hər səfərindən məmnun qaldığını söyləyən Havier Eskalante AMKF-in uğurlu fəaliyyəti sayəsində beynəlxalq yarışlarda nəticələrimizdən danışıb, hakim, məşqçi və idmançıların üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlindiyini söyləyib. O, Azərbaycan karatesinin uğurlarının təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
AMKF-in prezidenti və Dünya Karate Federasiyasının Texniki Komitəsinin üzvü Yaşar Bəşirov Azərbaycan karatesinə verilən bu yüksək dəyərə görə rəsmi qonağa minnətdarlığını ifadə edərək, bu uğurların dövlətin idmana dəstəyi sayəsində əldə olunduğunu bildirib. O, bundan sonra da Azərbaycan idmançılarının dünya karatesinin inkişafına töhfə verəcəklərini deyib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi