Dünya Karate Fedarasiyasının hakimlər komitəsinin sədri Bakıdadır
Tarix: 4-06-2021, 06:43
Google+ Paylaş
Tumblr Paylaş

Dünya Karate Fedarasiyasının hakimlər komitəsinin sədri Bakıdadır

4-06-2021, 06:43

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin sədri, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.

AMKF-nin media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun

verdiyi məlumata görə, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarının idarə olunmasına təyinat alan 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.

Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara onlayn qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ