BAKI, Forpost.az
Misli Premyer Liqasının XX turunda "Sabah"la qarşılaşan "Qəbələ" 1 xala layiq idi.
bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
"Yaxşı oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" həqiqətən də çox yaxşı komandadır və onların çıxışında məşqçi əməyi aydın hiss olunur. Düşünürəm ki, bu kollektiv turnir cədvəlində daha yüksək pillələrə layiqdir. Matça istədiyimiz tempdə başlamaq və planlaşdırdıqlarımızı meydanda həyata keçirmək üçün bizə 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiə xəttini yarmaq asan deyildi. Birinci hissədə əsasən bir real qol imkanımız oldu. Fasilədən sonra müəyyən taktiki düzəlişlər etdik və xüsusilə ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Bunun nəticəsində hesabı açdıq. Hətta ikinci qolu vurmaq üçün də imkanımız vardı.
Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. "Qəbələ" son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı "Kəpəz"lə oyuna yönəltməliyik".
Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi