Roberto Mançini Ruben Amorimin yerinə əsas namizəddir
Tarix: 18-10-2025, 14:43
Google+ Paylaş
Tumblr Paylaş

Roberto Mançini Ruben Amorimin yerinə əsas namizəddir

18-10-2025, 14:43

İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançini İngiltərənin "Mançester Yunayted" klubunu çalışdıra bilər.

"Mançester təmsilçisinin hazırkı baş məşqçisi Ruben Amorimin yerinə əsas namizəddir.

60 yaşlı italiyalı mütəxəssis, klubun şərikli sahibi Cim Ratklif kimi Fransanın cənubunda yaşayır. Son vaxtlar onların tez-tez ictimai tədbirlərdə görüşdükləri bildirilib.

Qeyd edək ki, R.Mançini İngiltərədə 2009-2013-cü illərdə "Mançester Siti"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında 2012-ci ildə İngiltərə çempionu adını qazanıb. Məşqçinin son iş yeri Səudiyyə Ərəbistanı yığması olub. "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 10 xalla 10-cu yerdədir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ