Kilian Mbappe Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir
Tarix: 9-10-2025, 16:30
Google+ Paylaş
Tumblr Paylaş

Kilian Mbappe Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir

9-10-2025, 16:30

Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.

Madrid "Real"ında çıxış edən 27 yaşlı hücumçu bu haqda mətbuat konfransında açıqlama verib.

"Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ