Oktyabrın 25-də futbol üzrə Türkiyə çempionatının altıncı turunun üçüncü gününün qarşılaşmasında "Fənərbağça" öz meydanında "Trabzonspor"u qəbul edib.
Forpost.az
"Fənərbağça"nın heyətində Serkan Asan (51), Enner Valensia (55) və Papis Demba Sisse (72) fərqləniblər. Trabzon klubunun yeganə qolunu isə Benik Afobe vurub.
Günün digər matçında "Gənclərbirliyi" səfərdə "Yeni Malatyaspor"un qonağı olub. Bu oyunda meydan sahibləri rəqibi 2:1 hesabı ilə məğlub edib. Digər görüşdə isə "Alanyaspor" doğma divarlar arasında "Fatih Karagümrük"ü iki cavabsız qolla üstələyib.
Tura "Dənizlispor"-"Beşiktaş" və "Sivasspor"-"Rizəspor" matçları ilə yekun vurulacaq.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Kayserspor" istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 10 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi