Azərbaycanın ynan-Rouma güləşçisi Ayxan Cavadov (60 kq) dünya çempionatının finalında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss edir.
Bunu açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksələn idmançının özü deyib.
O, qələbəsini Azərbaycan xalqına və ailəsinə həsr etdiyini söyləyib:
"Bu hissləri sözlə ifadə etmək çətindir. Yarış mənim üçün çox möhtəşəm keçdi. Finaldan öncə həyəcan var idi. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün fəxr edirəm. Ən çətin görüşüm məhz finalda oldu. Hesabda geridə olsam da, sonradan toparlandım və uğurlu nəticə əldə etdim. Məni yarışa hazırlayan bütün məşqçilərimə və dəstəyinə görə Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi