"Köhlən atlar" Avropanın qəlbini fəth etməkdədir
Tarix: 20-08-2025, 15:23
Google+ Paylaş
Tumblr Paylaş

"Köhlən atlar" Avropanın qəlbini fəth etməkdədir

20-08-2025, 15:23


Qarabağ" klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir.

Azərbaycan çempionu hazırda turnirdə ən çox qol vuran komandadır.

"Köhlən atlar" keçirdiyi beş qarşılaşmada 13 qola imza atıb. İsveçin "Malmö" və Serbiyanın "Srvena Zvezda" kollektivləri 11 qolla 2-3-cü yerləri bölüşdürür.

Bundan əlavə, Azərbaycan çempionu topa ən çox sahib olan komandadır. Ağdamlılarda orta göstərici 62 faizə bərabərdir. "Srvena Zvezda" (54 faiz) ikinci, Şotlandiyanın "Reyncers" (52 faiz) klubu üçüncüdür.

"Qarabağ" rəqibdən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kiprin "Pafos" (41) kollektivi ikinci, Macarıstanın "Ferentsvaroş" (39) komandası üçüncü olub.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ