Xulio Velaskes:"Levski" "Sabah"la oyunda uğurlu seriyanı davam etdirmək istəyir.
Tarix: 14-08-2025, 11:17
Google+ Paylaş
Tumblr Paylaş

Xulio Velaskes:"Levski" "Sabah"la oyunda uğurlu seriyanı davam etdirmək istəyir.

14-08-2025, 11:17


Bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıya qələbə üçün gəldiklərini söyləyib:

"İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istəyirik. "Sabah" yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var.

Əsas məqsədimiz meydanın özümüzə aid hissəsində topa sahib olmaqdır. Çalışacağıq ki, rəqib komandanı meydanın özlərinə aid hissəsində saxlayaq. Sabahkı matçda daha sürətli oyuna şahidlik edəcəksiniz".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ