Azərbaycan olimpiya və dünya çempionları rdiyinə görə ən yaxşı cüdo ölkələrinyetişdidən sayılır.
Bunu açıqlamasında, Avropa çempionu, dünya çempionatının gümüş medalçısı, serbiyalı Aleksandar Kukoly deyib.
Azərbaycanda təşkil olunan “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində yeniyetmə idmançılara seminarlar keçən mütəxəssis ölkədə cüdonun inkişafını yüksək dəyərləndirib:
“Azərbaycan artıq olimpiya və dünya çempionları yetişdirdiyinə görə ən yaxşı cüdo ölkələrindən sayılır. Bildiyimə görə 2008-ci ildə Pekində təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycandan ilk qızıl medalı Elnur Məmmədli qazanmışdı. Ötən il Parisdə təşkil olunan olimpiadada isə iki qızıl medal qazandılar. Bu özlüyündə çox şeydən xəbər verir”.
O, “Böyük Dəbilqə” yarışlarında ilk gümüş medalını məhz Azərbaycanda qazandığını vurğulayıb.
“İlk “Böyük Dəbilqə” medalımı 10 il əvvəl Azərbaycanda qazanmışam. Gümüş medal idi. Azərbaycanda çoxlu dostlarım var. Bir ay əvvəl Belqradda ustad dərsi keçmişəm. Həmin seminarda Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev də məşqçi-təlimçi kimi iştirak edirdilər”.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq turnirə iyulun 27-də yekun vurulacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi