“Bu turda “Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Neftçi” oyunlarının baxımlı alındığını demək olar. Digər matçlar isə bərabər səviyyədə keçdi”.
Bu sözləri açıqlamasında veteran futbolçu Yunis Hüseynov Misli Premyer Liqasının XI turu barədə danışarkən deyib.
O, “Sabah”ın doğma meydanda “Neftçi”yə qarşı üstün mübarizə apardığını bildirib: “Həmin matçda bəxt “ağ-qaralar”ın üzünə güldü. “Sabah” komandası ikinci hissədə yaxşı çıxış edirdi. Əgər ev sahibləri penaltini dəqiq yerinə yetirsəydilər, matçdan qələbə ilə ayrılacaqdılar. ”Neftçi”yə gəlincə, Samir Abasovun gəlişindən sonra kollektivin oyununda dəyişiklik hiss etmirəm. Çempionatda II dövrə yeni başlayıb. İnanıram ki, sonda paytaxt klubu, heç olmasa, Konfrans Liqasına vəsiqə qazana biləcək”.
Y.Hüseynovun sözlərinə görə, Misli Premyer Liqasını hansı komandanın tərk edəcəyi ilə bağlı indidən fikir bildirmək isə tezdir: “Elitada qalmaq uğrunda əsas mübarizə “Kəpəz” və “Səbail” arasında gedəcək. Lakin hər şey qış fasiləsindən sonra bilinəcək. Çünki komandaların reallaşdıracağı transferlərdən çox şey asılı olacaq”.
Qeyd edək ki, Misli Premyer Liqasında turnir cədvəlinə 27 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 24 xalla 2-ci sıradadır. İlk “üçlük”də isə “Araz-Naxçıvan” qərarlaşıb – 21 xal.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi