Aytən Abbaslı
_________________________
“Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi həqiqətən önəmlidir. “Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”.
Bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı matça hazır olduqlarını bildirib: “Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.
Avstraliyalı mütəxəssis “Qarabağ”a qarşı baxımlı oyun sərgiləmək istədiklərini vurğulayıb: “Heyətdəki itkilərə baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”.
Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi