“Qarşıdakı avrokubok matçında "Qarabağ"a çox inanıram".
Bu sözləri açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı futbolçu Çumbinyo keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi ilk tur oyunu ilə bağlı danışarkən deyib.
39 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin istənilən rəqiblə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Hər kəs "Tottenhem"in gücünü bilir. Bu rəqiblə 2015-ci ildə üz-üzə gəlmişdik. İki matçda da yaxşı oynamışdıq. Artıq həmin vaxtdan sonra komandalar xeyli dəyişib. London klubu son illərdə Çempionlar Liqasının finalına kimi irəliləməyi bacarıb. Ancaq "Qarabağ" da zəif komanda deyil və səfərdə uğurlu nəticə göstərməyə qadirdir".
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi