AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun müraciətinə baxıb.
Paytaxt təmsilçisinin futbolçusu Ervin Koffi ilə bağlı şikayəti qismən təmin edilib.
Azərbaycan Premyer Liqasının II turunda “Səbail”lə 1:1 hesablı heç-heçə ilə nəticələnən matç bitdikdən sonra azarkeşlərə kənar əşya atan oyunçuya 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib.
Cinah müdafiəçisinə üçaylıq sınaq müddəti verilib.
Bundan başqa, kluba tətbiq olunan 2000 manat cərimə qərarı da qüvvədə saxlanılıb.