.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, yığma yanvarın 14-dən Macarıstanın Tata şəhərində intensiv hazırlıq prosesinə başlayıb. Təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çexiya, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvadoru təmsil edən milli komandalar iştirak edir.
Yanvarın 27-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Alyona Kolesnik, Ruzanna Məmmədova (hər ikisi 59 kiloqram), Birgül Soltanova və Günay Qurbanova (hər ikisi 62 kiloqram) cəlb olunub. Elnurə Məmmədova (53 kiloqram) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (68 kiloqram) isə baş məşqçi Semyon Şterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçir.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi