Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib
Tarix: 12-11-2023, 14:23
Google+ Paylaş
Tumblr Paylaş

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib

12-11-2023, 14:23

.

“Sabah” klubu səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdakı bütün qollar ilk hissədə vurulub. Doqquzuncu dəqiqədə qonaqların hücumçusu Davit Volkov hesabı açıb. 25-ci dəqiqədə gürcüstanlı forvard dubl edib. 35-ci dəqiqədə Tovuz klubu Fərid Nəbiyevin qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Cəmi iki dəqiqə sonra Bruno Qonsalves hesabı bərabərləşdirib. 42-ci dəqiqədə isə D. Volkov özünün və komandasının 3-cü qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Sabah” yeddinci pilləyə yüksəlib. 15 xalı olan “Turan Tovuz” isə səkkizinci sıraya geriləyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”a 1:0, “Sumqayıt” isə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 12-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ