Azərbaycanın ağırlıqqaldırma üzrə millisini Tbilisidən Bakıya gətirən təyyarə Vətənə çatdı.
İrəvandan avtobusla qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtından Azərbaycana yola salınıblar.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və onun İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.
Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Həmçinin idman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar. Bu hadisə ilə bağlı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Beynəlxalq Atletika Federasiyasına və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasına bəyanat göndərib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi