Karateçilərimiz Konyada qızıl medallar uğrunda döyüşəcək
Tarix: 29-10-2022, 10:27
Google+ Paylaş
Tumblr Paylaş

Karateçilərimiz Konyada qızıl medallar uğrunda döyüşəcək

29-10-2022, 10:27

Türkiyənin Konya şəhərində karate üzrə yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edirlər.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev

bildirib ki, karateçilərimizdən ikisi final görüşünə vəsiqə qazanıb, beşi isə bürünc medal qarşılaşmasında iştirak edəcək.

Sabah gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kq) qızıl, Rəşid Süleymanov (68 kq) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Növbəti gün isə 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kq) qızıl, Nuran Rzazadə (67 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (+84 kq) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

Oktyabrın 30-dək davam edəcək və 105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ