Azərbaycan Basketbol Liqasının II turu start götürdü
Tarix: 27-10-2022, 17:26
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Basketbol Liqasının II turu start götürdü

27-10-2022, 17:26

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında üçüncü turun iki görüşü keçirilib.

Forpost.az

xəbər verir ki, turun açılış oyununda iki paytaxt komandası “Sabah” və “Neftçi” üz-üzə gəliblər. Müdafiələrin önə çıxdığı qarşılaşmada “Sabah” rəqibinə 70:65 hesabı ilə qalib gəlib.

Oyunda ən məhsuldar basketbolçular “Sabah”dan Kamran Məmmədov (16 xal), “Neftçi”dən isə Mohsen Moradxani (12 xal - 8 ribaund) seçiliblər.

İkinci oyunda çempionatın ilk iki turunda qələbə qazanmış “Gəncə” “AAAF Xırdalan” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Gəncə təmsilçisi yekunda 94:84 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Oyunun ən məhsuldar basketbolçuları adına “Gəncə”dən Cəbrayıl Əkbərov (33 xal - 5 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (35 xal - 8 ribaund) layiq görülüblər.

Qeyd edək ki, üçüncü turun digər iki görüşü - NTD – “Zirvə Astara” və “Olimpik Şəki” – “Sərhədçi” oktyabrın 29-da oynanılacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ