İspaniya Super Kuboku yarışları Səudiyyə Ərəbistanında keçiriləcək
Tarix: 10-01-2022, 21:48
Google+ Paylaş
Tumblr Paylaş

İspaniya Super Kuboku yarışları Səudiyyə Ərəbistanında keçiriləcək

10-01-2022, 21:48

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın İspaniya Super kuboku yarışlarında iştirak edəcək heyətini açıqlayıb.

K

lub Səudiyyə Ərəbistanına tam heyətlə, o cümlədən müdafiəçi Dani Karvaxal və əvvəllər səhhətində problemlər yaşayan hücumçu Luka Yoviçlə yollanacaq.

Qeyd edək ki, İspaniya Super kuboku yarışları Səudiyyə Ərəbistanına keçiriləcək. Madrid təmsilçisi yanvarın 12-də yarımfinal mərhələsi çərçivəsində əzəli rəqibi “Barselona” klubu ilə qarşılaşacaq. Bir gün sonra, digər yarımfinalda “Atletiko Madrid” və turnirin hazırkı qalibi “Atletik Bilbao” üz-üzə gələcəklər. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ