F
utbol üzrə İspaniya çempionatında onuncu turun mərkəzi qarşılaşması keçirilib.Forpost.az xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan görüşdə "Barselona" və "Real Madrid" komandaları qarşılaşıb.
Hesab matçın 32-ci dəqiqəsində açılıb. Madridlilərin yeni transferi David Alaba uzaqdan vurduğu zərbə ilə baxımlı qola imza atıb. Komandalar fasiləyə "Real Madrid"in minimal hesablı üstünlüyü ilə yollanıb.
İkinci hissədə "Barselona"nın baş məqşçisi Ronald Kuman hücum xəttini gücləndirmək məqsədilə Oskar Minqesanın yerinə meydançaya Felipe Koutinyonu buraxıb. Oyunun 73-cü dəqiqəsində Vinisius Juniorun cərimə meydançası daxilində ötürməsini Kərim Benzema qola çevirə bilməyib. Bundan bir dəqiqə sonra "Barselona"nın ulduz futbolçusu Serxio Aquera meydançaya daxil olub.
Görüşün əsas vaxtın əlavə olunmuş dördüncü dəqiqədə madridlilər hesab arasındakı fərqi artırıblar. Marko Assensionun başladığı əks-hücumu Lukas Vaskez dəqiq zərbə ilə tamamlayıb - 0:2. Matçın 97-ci dəqiqəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzin çıxıb. Serxio Aquera hesab arasındakı fərqi azaldıb.
Beləliklə, "Real Madrid" 183-cü "el-klasiko"da "Barselona"nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Kral klubu" 9 oyundan sonra 20 xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi