Sumqayıt narko daşıyıcılar  saxlanıldı
Tarix: 20-10-2021, 04:55
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıt narko daşıyıcılar saxlanıldı

20-10-2021, 04:55

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Forpost.az

bildiriblər ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 12 nəfər tutulub. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Digər bir əməliyyat nəticəsində isə şəhər sakini Əminə Fərzəliyeva saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkarlanaraq götürülüb.

Sumqayıt polisinin şəhər ərazisində keçirdiyi digər əməliyyatlar nəticəsində isə daha səkkiz nəfər - Əhəd Süleymanov, Elçin Axundov, Möhübbət İsgəndərov, Pərviz Musayev, Ramiz Əsədov, Rafiq Nəsirov, Vadim Həşimov və Xanlar Şəfaqətov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və digər növdən olan narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Həmin şəxslərin hər biri istintaqa təqdim olunub. Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar bundan sonra da davam etdiriləcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ