Əmanətə xəyanət edən qohum yaxalandı
Tarix: 3-09-2021, 05:54
Google+ Paylaş
Tumblr Paylaş

Əmanətə xəyanət edən qohum yaxalandı

3-09-2021, 05:54

Xəzər rayonunda qohumunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Forpost.az

-a bildirilib ki, avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat məbləğində pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni T.Kərimov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ