Şuşada mina., digər partlayıcı vasitələr aşkar edildi
Tarix: 21-06-2021, 07:16
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada mina., digər partlayıcı vasitələr aşkar edildi

21-06-2021, 07:16

İşğaldan azad olunmuş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan

bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən silah-sursat tapılıb. Belə ki, Müxtəlif növ 13 qumbara, 1 avtomat, 1 qumbaraatan, tank əleyhinə 1 mina, müxtəlif növ 20 raket, 26 avtomat sandığı, 1 top mərmisi, müxtəlif çaplı 7124 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ