Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urfulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Urfulla Qocayev iyunun 3-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.