18-12-2020, 11:21

Oğurluq etdiyinə görə tutulmuş şəxsin üç mənzildən pul və qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş S.Həsənovla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisindəki üç mənzildən ümumilikdə 2010 manat məbləğində pul, 5350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ