Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçrilməsinin qarşısı alındı
Tarix: 3-12-2020, 00:45
Google+ Paylaş
Tumblr Paylaş

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçrilməsinin qarşısı alındı

3-12-2020, 00:45

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən

bildiriblər ki, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilib. Baxış zamanı orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan metamfetamin, 1,120 qram heroin və 6,339 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ