Cəlilabadda kirayəşin narkodaşıyıcılar  saxlandı
Tarix: 25-11-2020, 02:25
Google+ Paylaş
Tumblr Paylaş

Cəlilabadda kirayəşin narkodaşıyıcılar saxlandı

25-11-2020, 02:25

Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.

Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbi və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ