BAKI, Forpost.az
Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan cinayətkarların ölkəyə gətirilməsi istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarılan 13 nəfərin, eləcə də milli səviyyədə axtarışda olan 1 şəxsin Gürcüstan, Almaniya, Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərdən doqquzu Gürcüstanda, ikisi Almaniyada, digərləri isə Ermənistan, Xorvatiya və Monteneqroda tutulub. Onların Türkiyəyə qaytarılması Interpol–Europol xətti ilə, Ədliyyə Nazirliyi, KOM, Kəşfiyyat, Narkotiklərlə Mübarizə, Kiber və Asayiş qurumlarının, eləcə də müvafiq şəhər polis idarələrinin koordinasiyası ilə həyata keçirilib.
Məlumata əsasən, saxlanılan şəxslər qəsdən adam öldürmə, adam öldürməyə cəhd, silahlı soyğunçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, mütəşəkkil cinayətkar qruplara üzvlük, rəsmi sənədlərin saxtalaşdırılması və digər ağır cinayətlərdə ittiham olunurlar.
Ali Yerlikaya bildirib ki, hansı bülletenlə axtarılmasından asılı olmayaraq, mütəşəkkil cinayətkar qrupların üzvləri və narkotik tacirləri bir-bir saxlanılaraq ölkəyə qaytarılacaq. Nazir əməliyyatda iştirak edən bütün qurumların əməkdaşlarına təşəkkür edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi