Oğurluq pul və qızıl-zinət əşyaları ilə keyf-işrət planı baş tutmadı
Tarix: 4-11-2025, 15:06
Google+ Paylaş
Tumblr Paylaş

Oğurluq pul və qızıl-zinət əşyaları ilə keyf-işrət planı baş tutmadı

4-11-2025, 15:06

BAKI,[/b[b]]Forpost.az
Qax rayonunda yerləşən iki evdən oğurluq edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu yayıb .

Qeyd edilib ki, axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb.

O, oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib.

Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ