Çanaqqala Döyüşləri Mobil Muzey Gəncədə
Tarix: 20-10-2025, 14:25
Google+ Paylaş
Tumblr Paylaş

Çanaqqala Döyüşləri Mobil Muzey Gəncədə

20-10-2025, 14:25

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı, Türkiyə Respublikası Gəncə Baş konsulluğu, Gəncə Şəhər İcra Hakimiyyəti, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibəti ilə Gəncə Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarətə açılıb.

Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2 iyul 2020-ci il tarixindən etibarən fəaliyyətə başlayaraq, Türkiyənin dörd bir yanında nümayiş etdirilməyə başlanılıb.

Qeyd edək ki, layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu mobil muzey - səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ