Böyük Qafqazın cənub yamacında ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazası formalaşdırılır
Tarix: 14-10-2025, 15:10
Google+ Paylaş
Tumblr Paylaş

Böyük Qafqazın cənub yamacında ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazası formalaşdırılır

14-10-2025, 15:10

Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Məlumatı Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu verib.

Bildirilib ki, İnstitutun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev və Geoinformatika və Kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə) ekspedisiyada olublar.

Tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olub. Ekspedisiya zamanı ərazidə müşahidələr aparılıb, geoinformasiya texnologiyaları vasitəsilə məlumatlar toplanıb və ilkin analizlər həyata keçirilib.

Əldə edilən nəticələr əsasında Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ