Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Sahib Allahverdiyev saxlanılıb. Ondan 2 kiloqramdan çox marixauana və heroin aşkar edilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, S.Allahverdiyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bundan başqa, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində 100-ə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi