23-09-2024, 05:58



Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1997-ci il təvəllüdlü Tərlan Əzimov Şabran rayonu ərazisində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxsin üzərindən və avtomobilindən 50 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 4 min 780 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

T.Əzimov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Xəzər dənizinin Şabran rayonu sahilində əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ