Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi
Tarix: 23-08-2024, 06:42
Google+ Paylaş
Tumblr Paylaş

Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi

23-08-2024, 06:42

Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq

nin təmin edilməsi və həmin məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddətdə həlli ilə bağlı növbəti müşavirə avqustun 22-də Zaqatala rayonunda keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələrinin iştirak etdiyi müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə geniş məlumat verilib.

Tədbiri Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə açaraq, müşavirənin işinə uğurlar arzulayıb.


Müşavirədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev “Respublikada bioloji təhlükəsizliyin və iqtisadi əlaqələrin təmin olunmasında heyvanların identikləşdirilməsinin əhəmiyyəti. Qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və heyvanların birkalanması (nişanlanması) üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır.



Diqqətə çatdırılıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi (kodlaşdırılması) AQTA tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. AQTİS vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. Sistem heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir.



Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşı Elsevər Rüstəmov çıxışında heyvandarlıqda subsidiya prosedurlarının və damazlıq işinin təşkilində heyvanların identikləşdirilməsinin rolundan bəhs edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi çıxış edərək, xüsusi təhlükəli heyvan xəstəlikləri ilə mübarizədə heyvanların identikləşdirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Müşavirədə, həmçinin aqrar sığorta mexanizmlərinin tətbiqində heyvanların identikləşdirilməsinin rolu, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin quruluşu və iş prinsipləri və digər məsələlər barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ