Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir
Tarix: 3-03-2024, 07:45
Google+ Paylaş
Tumblr Paylaş

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir

3-03-2024, 07:45

.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb. Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış, ümumilikdə, 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ